AVRO-2016: UEFA hakimlərin adlarını açıqladı

Bakıda mayın 5-dən 21-dək keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatını idarə edəcək hakimlərin siyahısı açıqlanıb.

Newsport.az saytının məlumatına görə, qitə futbol qurumu Avropa çempionatı üçün 8 baş, 12 yan xətt və 4 ehtiyat hakim seçib.

Siyahıda azərbaycanlı hakimlər də var. Amma Əliyar Ağayev və Orxan Məmmədov AVRO-2016-nın oyunlarına yalnız dördüncü hakim kimi təyinat ala bilərlər.

Baş hakimlər: Fran Yoviç (Xorvatiya), Petr Ardeleanu (Çexiya), Ville Nevalaynen (Finlandiya), Qunnar Yarl Yonsson  (İslandiya), Sveyn Erik Edvartsen (Norveç), Bartoş Frankovski (Polşa), Peter Kraloviç (Slovakiya), Mitya Jqaneç (Sloveniya)

Yan xətt hakimləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Balaj Buzas (Macarıstan), Emmett Dinan (İrlandiya), Vasili Ermişin (Moldova), Edvard Spiteri (Malta), Alen Heyniger (İsveçrə), Ceyhun Sesigüzel (Türkiyə)

Dördüncü hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov (hər ikisi Azərbaycan), Sergeyus Sliva (Litva), Alen Duro (Lüksemburq).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right