"Stok Siti” klubu sabiq futbolçusu Endi Vilkinson üçün vida matçı keçirəcək.
Newsport.az saytının məlumatına görə, uzun sürən zədələrdən sonra 31 yaşında futbolçu karyerasını bitirən oyunçunun vida matçının mövsümün sonunda baş tutacağı gözlənilir.
İngiltərə mətbuatında yer alan məlumatlara görə, vida matçında "Stok Siti”də forma geyinmiş və hazırda karyerasını bitirən və digər klublarda forma geyinən futbolçular da yer alacaq. Həmin məşhurlar arasında Türkiyə milli komandasının sabiq üzvü, hazırda Hindistanının "Püne Siti” komandasında çıxış edən Tuncay Şanlı da yer alacaq.
Qeyd edək ki, Tuncay 2009/11-ci illərdə "Stok Siti”də forma geyinib.