İtaliya A Seriyasında cari mövsümün çempionluğunu rəsmiləşdirən "Yuventus”un mövsümün sonunda yollarını ayıracağı ilk futbolçunun adı bəlli olub.
Newsport.az-ın məlumatına görə, söhbət zədə səbəbindən mövsümü erkən başa vuran Martin Kaseresdən gedir. Belə ki, 29 yaşlı futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsinin müddəti artırılamayacaq.
Bu barədə məlumatı İtaliya mətbuatında açıqlamasında Turin təmsilçisinin idman direktoru Cüzeppe Moratta məlumat verib. Klub rəsmisi uruqvalı futbolçunun müqavilə müddətinin artırılmayacağınlı və mövsümün sonunda komandadan göndəriləcəyini bəyan edib.
Qeyd edək ki, Kaseres 2012-ci ildə İspaniyanın "Sevilya”klubundan "Yuventus”a cəlb olunmuşdu.