“Milan”ı məğlub edərək A Seriyasını tərk etdi

İtaliya A Seriyasını tərk edəcək ilk komandanın adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, bu XXXV turda "Milan”ı məğlub edən "Verona” klubudur. 
 
Doğma meydanında "Milan”a qalib gələn Verona təmsilçisinin 17-ci pillədə qərarlaşan komandaya çatmaq şansı bitib. Belə ki, həmin pillədə qərarlaşan "Karpi” komandası sözügedən turda "Empoli”ni məğlub edərək "Verona”nın aşağı liqaya yuvarlanmasını təmin edib. 
 
Qeyd edək ki, "Verona” 1984/85 mövsümündə İtaliya çempionu adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right