Türkiyə Super Liqasının XXX turu çərçivəsində baş tutan "Trabzonspor" - "Fənərbaxça" oyunu zamanı əlavə köməkçi hakimə hücum çəkən azarkeş saxlanılması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, həbs olunmaq tələbi ilə məhkəməyə sövq edilən 17 yaşlı azarkeş ifadə verdikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, "Trabzonspor”un 0:4 hesabı ilə geridə olduğu matçın 89-cu dəqiqəsində yerli azarkeşlərdən biri meydana daxil olaraq əlavə köməkçi hakim Volkan Bayarslana zərbələr endirib. Ardınca meydana daha çox azarkeşin daxil olmasından sonra matçın baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.