"Trabzonspor" - "Fənərbağça" matçında ara qarışdı: Hakim döyüldü, oyun yarımçıq dayandırıldı

Türkiyə Superliqasının "Trabzonspor" - "Fənərbağça" matçının son dəqiqələrində xoşagəlməz olay yaşanıb.

Newsport.az-ın məlumatına görə, oyunun keçirildiyi "Avni Aker" stadionunda komandalarının biabırçı hesabla geridə (0:4) olmasını həzm edə bilməyən trabzonlu azarkeşlər tribunalardakı oturacaqları meydana atmağa başlayıblar. Bundan bir qədər sonra isə yerli azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakiminə zərbə endirib.

Bundan sonra digər azarkeşlər də meydana axışmağa başlayıblar. Qarşılaşmanın baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb və matç təxirə salınıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right