UEFA Cüneyt Çakıra növbəti prinsipial matç həvalə etdi

UEFA türkiyəli FİFA referisi Cüneyt Çakıra növbəti təyinat verib.

Newsport.az-ın məlumatına görə, Çakır UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Mançester Siti” – "Real Madrid” oyununu idarə edəcək. Cüneyt Çakırın köməkçiləri Cem Satman və Tarık Ongün olacaq.  Matçda 4-cü hakim funksiyasını Sərkan Ok yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Hüseyin Gökcək və Barış Şimşək olacaq. 
 
Qeyd edək ki, sözügedən qarşılaşma aprelin 26-da baş tutacaq. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq. 
 
Onu da vurğulayaq ki, Cüneyt Çakır son zamanlar UEFA-nın ən güvəndiyi hakimlərdən biridir. O, son olaraq Avropa Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutan  "Liverpul” – "Borussiya Dortmund” oyununu idarə etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right