Adı “Qarabağ”la birgə hallanan məşhur futbolçu “Antalyaspor” yolunda

Ötən il Samuel Eto`O başda olmaqla heyətini bir neçə ulduz futbolçu ilə gücləndirən Türkiyənin "Antalyaspor” klubu yeni mövsüm üçün sürpriz transferlər etməyi  planlaşdırır. 
 

Newsport.az-ın məlumatına görə, Antalya təmsilçisinin ilk hədəfi Yunanıstanın "Panatinaikos” klubunda forma geyinən məşhur futbolçu Maykl Essiendir.  Türkiyə mətbuatında yer alan xəbərə görə, "Antalyaspor” 33 yaşlı futbolçunu transfer etmək üçün Samuel Eto`O dan istifadə edir. Belə ki, Eto`O "Çelsi”də komanda yoldaşı olmuş futbolçunu Türkiyəyə gətirməyə çalışır.
 
Qeyd edək ki, Essienin adı bir müddət öncə "Qarabağ”la hallanırdı. Yunanıstan mətbuatı Qana milli komandasının sabiq üzvünün yayda "Qarabağ”la müqavilə imzalayacağını iddia edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right