"Roma"nın futbolçusu Françesko Totti İtaliya A seriyasının 34-cü turunda "Torino"ya qarşı matçda komandasını məğlubiyyətdən xilas edib.
Newsport.az-ın məlumatına görə, 39 yaşlı hücumçu komandası 1:2 hesabı ilə geridə ikən 86-cı dəqiqədə meydana daxil olub. Totti meydana girdiyi dəqiqədə "Roma"nın bərabərlik qolununu vurub. Bundan 3 dəqiqə sonra F.Totti penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, "Roma" - "Torino" matçı 1-cilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.