İtaliya milli komandasının və "Roma”nın əfsanəvi futbolçusu Françesko Totti karyerasını İngiltərədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçinin xidmətində İngiltərə Premyer Liqasının sürpriz lideri olan "Lester” komandası maraqlıdır.
Bu barədə məlumatı "Lester”in italiyalı baş məşqçisi Klaudio Ranyeri də təsdiqləyib. İngiltərə mətbuatına açıqlama verən təcrübəli mütəxəssis Totti ilə tez-tez əlaqə saxladığını və ona 1 illik müqavilə təklkif etdiyini bidlrib.
Maraqlıdı ki, Totti də "Roma”dan ayrılmağn əleyhinə deyil. Son zamanlar "canavarlar”ın baş məşqçisi Luçiano Spaletti ilə aralarında soyuqluq yaranan futbolçu mövsümün sonunda klubu ilə başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.
Qeyd edək ki, 39 yaşlı futbolçu karyerasını "Roma”ya həsr edib. 1992-ci ildən paytaxt klubunun şərəfini qoruyan futbolçu bu müddət ərzində 596 oyun keçirib və 245 dəfə fərqlənməyə nail olub.