Əfsanə “Qalatasaray”a qayıdır

Rumıniya mətbuatı maraqlı iddia ilə çıxış edib.

Newsport.az-ın məlumatına görə, Rumıniyadan olan həmkarlarımız bu yaxınlarda "Vitrolul” klubundan ayrılan Georgi Hacinin yeni iş yeri ilə bağlı yeni iddia ortaya atıb.  
 
Belə ki, ardıcıl 7 turdakı uğursuz çıxışlardan sonra özünün sahibi olduğu klubda özünü istefaya göndərən təcrübəli mütəxəssisə ilk təklif "Qalatasaray”dan gəlib. Hazırda baş məşqçi axtarışında olan İstanbul nəhənginin əfsanəvi futbolçusu ilə yaxından təmasa girdiyi bildirilib.  Hətta 51 yaşı təcrübəli mütəxəssisin bu təklifə "yox” deməyəcəyi də qeyd edilib.
 
Qeyd edək ki, Haci 1996-2001-ci illərdə "Qalatasaray”ın formasını geyinib. O,  2004-05 və 2010-11-ci illərdə "sarı qırmızılar”ın baş məşqçisi funksiyasını yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right