"Fənərbaxça"nın futbolçusu Premyer Liqa təmsilçisinin hədəfində

"Fənərbaxça"nın futbolçusu Gökhan Gönül karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın  məlumatına görə, 31 yaşlı futbolçu "Vest Hem"in maraq dairəsinə düşüb.

İngiltərə klubunun baş məşqçisi Slaven Biliç türkiyəli futbolçunu yeni mövsümdən komandasında görmək istəyir. "Vest Hem"in Gönülə 3 illik müqavilə təklif etməyə hazırlaşır. Türkiyə millisinin üzvünün bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, Gökhan Gönül cari mövsüm "Fənərbaxça"da keçirdiyi 23 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right