Messinin son uğursuzluqlarının səbəbi nədir?

"Barselona”nın və Argentina millisinin superulduzu Lionel Messi son həftələrdə əzələsində problemlər yaşayırmış.
Newsport.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Argentinalı hətta İtaliyaya həkim Culiano Pozerin yanına da gedibmiş. Mənbə məhz buna görə də son vaxtlar Leonun məhsuldarlığının və faydalı iş əmsalının azaldığını düşünürlər.
 
Məsələn, "Atletiko” ilə son matçda Messi meydanda hamıdan az qaçıb – cəmi 7720 metr (Suaresdə bu göstərici 9729, Neymarda isə 9000 metrə bərabər olub). Eyni zamanda ardıcıl 6 oyunda qol və ya məhsuldar ötürməylə fərqlənməyən argentinalı forvard üçün bu, son 6 ildə ən pis göstərici olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right