Bu gün Türkiyə superliqasının 26-cı turundan təxirə salınan bir oyun keçiriləcək.
Newsport.az-ın məlumatına görə, "Qalatasaray" öz meydanında "Fənərbaxça"nı qəbul edəcək.
Çempionluq iddiasını davam etdirən "Fənərbaxça" lider "Beşiktaş"la xal fərqini 3-ə endirməsi üçün bu axşam mütləq qələbə qazanmalıdır. Əks təqdirdə "Fənərbaxça"nın işi çətin olacaq. "Türk Telekom Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Fənərbaxça" hazırda 60 xalla turnir cədvəlinin 2-ci, "Qalatasaray" isə 40 xalla 7-ci pilləsində qərarlaşıb.
13 aprel
Türkiyə superliqası, 26-c tur
20:30. "Qalatasaray" - "Fənərbaxça" 0-0