İtaliya A Seriyasında mübarizə aparan "Palermo" klubu baş məşqçisi Valter Novellinonu istefaya göndərib.
Newsport.az saytının məlumatına görə, ölkə çempionatında "Latsio"ya məğlubiyyətdən sonra klub rəhbərliyi 62 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib.
Bu, Siciliya klubunda cari mövsümdə 8-ci baş məşqçi istefası olub.
Qeyd edək ki, "Palermo" A Seriyasında geridə qalan XXXII tur ərzində 28 xal toplayıb və turnir cədvəlində 20 komanda arsaında 18-ci pillədə qərarlaşıb.