A Seriyası təmsilçisi "Milan” baş məşqçisi Sinişa Mixayloviçlə yollarını ayırıb.
Newsport.az saytının məlumatına görə, bu barədə "Sky İtaliya” məlumat yayıb.
Xəbərdə bildirilir ki, məlumat bu gün klub rəsmiləri tərəfindən təsdiqlənəcək.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis mövsümün əvvəlindən Milan təmsilçisinin uğurları üçün çalışırdı. Komanda onun rəhbərliyi altında geridə qalan 32 turda 49 xal toplayaraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.