İtaliya A Seriyasında 32-ci turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Səfərdə "Frosinone"nin qonağı olan "İnter" rəqibinə 1:0 hesabı ilə qalib gəlib. "Yuventus" isə səfərdə "Milan"ı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, A Seriyasında 32-ci tura sabah keçiriləcək "Roma" - "Bolonya" oyunu ilə yekun vurulacaq.
9 aprel
İtaliya A Seriyası, 32-ci tur
"Frosinone" - "İnter" - 0:1
Qol: İkardi, 74 (0:1)
"Kyevo" - "Karpi" - 1:0
Qol: Pellisier, 83 (1:0)
"Sassuolo" - "Genua" - 0:1
Qol: Dzemailli, 42 (0:1)
"Milan" - "Yuventus" - 1:2
Qollar: Aleks, 18 (1:0), Mandzukiç, 27 (1:1), Poqba, 65 (1:2)