Françesko Toldo: "Bakı son gördüyümdən bəri çox dəyişib"

Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının püşkatma mərasiminin fəxri qonağı Françesko Toldo ölkəmizə səfəri ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, İtaliya yığmasının sabiq qapıçısı bunları söyləyib:

"2002-ci ildən sonra ilk dəfə Bakıda oluram. O dövrdən bəri çox şey dəyişib. Bütün dünyada olduğu kimi, Azərbaycanda da inanılmaz inkişafın şahidi oluram. Burada olduğum üçün şadam. Vaxtilə mən də 1994-cü ildə yeniyetmələrin Avropa çempionatında qalib olmuşam. Gənc və yeniyetmə futbolçular üçün AÇ özünü göstərmək baxımından çox vacibdir. Əvvəllər İspaniya, İtaliya və Almaniya favorit olurdu. Artıq Azərbaycan kimi futbolu inkişaf edən ölkələr də beynəlxalq arenalarda öz sözünü deməyə başlayıb". (CBC)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right