“Bakıdakı yarışda Portuqaliya və İngiltərə ilə qarşılaşmaq istəməzdik. Lakin seçmə mərhələdə İtaliya və Rusiyaya qarşı sərgilədiyimiz oyunu təkrarlaya bilsək, hamıya problem yarada bilərik”
Newsport.az-ın məlumatına görə, bu sözləri Bosniya və Herseqovinanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Sakib Malkoçeviç deyib.
5-21 may aralığında ölkəmizdə keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığmalarına Avropa çempionatına bosniyalılar da qatılacaqlar. Turnirdən öncə ölkəsinin mətbuatına açıqlama verən Malkoçeviç Azərbaycanda ilk növbədə, serblərlə ünsiyyət quracaqlarını bildirib:
“Azərbaycana çatan kimi serbiyalılarla əlaqə yaratmalıyıq. Onlarla bir qrupa düşüb-düşməyəcəyimizdən asılı olmayaraq, bir-birimizə dəstək olacağıq. Serbiyanın oyununda biz, bizim görüşümüzdə isə onlar fanatlıq etməlidilər”.