Kaxaber Tsxadadzenin yeni iş yeri

Qazaxıstanın "Kayrat” klubunda baş məşqçi dəyişikliyi baş verə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı "Kayrat”ın hazırkı baş məşqçisi Aleksandr Borodyuk məlumat verib. "Akjayık”a məlubiyyətdən sonra mətbuat konfransında açıqlama verən mütəxəssis gələcək planları barədə klub rəhbərliyi ilə danışacağını və lazım gələcəyi təqdirdə istüefa vermək barədə düşünəcəyini bildirib. 
 
Borodyukun bu açıqlamasından sonra Qazaxıstan məbuatı ölkənin ən titullu komandasının yeni baş məşqçisinin adını açıqlayıb. Belə ki, son olaraq Gürcüstan milli komandasını çalışdırmış Kaxaber Tsxadadze bir neçə gün öncə "Kayrat”ın Besagahdakı bazasında klub rəhbərliyi ilə görüş keçirib.  Qazaxıstan mətbuatı məhz bunu iddia edərək Tsxadadzenin klubun baş məşqçisi postuna keçəcəyi ilə bağlı iddia irəli sürüb. 
 
Qeyd edək ki, "İnter”in sabiq çalışdırıcısının adı "Neftçi” ilə birgə hallanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right