Fənərbaxça”nın futbolçusu Gökhan Gönülün doppinqdən istifadə etdiyi bəlli olub.
Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyənin "AMK” qəzeti məlumat yayıb.
Belə ki, daha öncə "Kasımpaşa” ilə matçda zədə alan və qabırğasında qırıq aşkarlanan futbolçu "Beşiktaş”la derbi matçına ağrıkəsici iynə vasitəsi ilə meydana çıxıb. Məhz "Beşiktaş”la qarşılaşmadan sonra dopinq testi verən futbolçunun cavabları bəlli olub. Köln Dopinq Araşdırmalar Mərkəzinə göndərilən ilkin testin nəticəsinə görə, Türkiyə millisinin üzvünün qanında qeyri-qanuni maddə aşkarlanıb.
Məsələ ilə bağlı "Fənərbaxça” tərəfi də açıqlama verib. İstanbul klubu Gönülün qəbul etdiyi ağrıkəsici dərmanların adının Türkiyə Futbol Federasiyasına göndərildiyini bildirib. "Fənərbaça”nın hazırkı durumla bağlı yaxın saatlarda rəsmi açıqlama verəcəyi gözlənilir.
Futbolçunun meneceri Ahmet Bulut da məsələ ilə bağlı xəbərdar olmadığını bildirib. O, yayılan iddiaları media vasitəsi ilə öyrəndiyini açıqlayıb.
Türkiyə Futbol Federasiyasından "Hürriyət”ə daxil olan məlumata görə, "Fənərbaxça” tərəfi Gökhanın durumu ilə bağlı TFF-yə hər hansı məlumat daxil olmayıb.
Məsələ ilə bağlı yekun araşdırmaların yaxın saatlarda tamamlanacağı gözlənilir.