Muslera tarixə düşdü

Cənubi Amerika zonası üzrə "DÇ 2018”in seçmə mərhələsi çərçivəsində Uruqvay doğma meydanında Peru ilə qarşılaşıb.  

Newsport.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Uruqvay millisinin yeganə qolunu Edinson Kavani vurub.
 
Sözügedən qarşılaşma Uruqvay millisinin qapıçısı Fernando Muslera üçün də əlamətdar olub. "Qalatasaray”ın qapıçısı Uruqvayın qələbə qazandığı matçda 79-cu dəfə milli komandanın formasını geyinib. 
 
Bununla da əlcək sahibi yığma komandada ən çox oyun keçirmiş futbolçu adına sahib çıxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right