Belçika milli komandasının və İngiltərənin “Everton” klubunun futbolçusu Romelu Lukakunun atası Rocer Lukaku oğlunun gələcək karyerası ilə bağlı danışıb.
Vaxtıilə Türkiyənin “Gənclərbirliyi” klubunda da forma geyinmiş ata Lukaku oğluna bir neçə klubdan təklif olduğunu açıqlayıb: “Oğlum istənilən böyük klubların birində oynamağa hazırdı. “Atletiko”, “Bavariya”, “Yuventus”, “Çelsi” və “Mançester Yunayted” onun xidmətində maraqlıdı. Mənim fikrimcə “Mançester Yunayted” və “Bavariya”dan olan təklifləri dəyərləndirməlidir. “Mançester Yunayted” böyük komandadı. “Bavariya” isə maşın kimi bir komandadır və oğlum bu maşında böyük işlər görə bilər. Levandovski getsə oğlumun “Bavariya”ya keçməsinə razılıq verə bilərəm. ”
Qeyd edək ki, 22 yaşlı Romelu karyerası ərzində “Anderlext”, “Çelsi” və “Vest Bromviç” kimi klublarda çıxış edib.