Türkiyə Super Liqasında mübarizə aparan “Mersin İdman Yurdu” klubu maliyyə problemlərindən yaxa qurtara bilmir.
Newsport.az xəbər verir ki, Mersin təmsilçisinin futbolçuları bu gün növbəti aksiya keçiriblər. Yerli mətbuatda yer alan xəbərlərə görə, futbolçular komandanın bu gün baş tutacaq məşqinə çıxmaqdan boyun qaçırıblar. Belə ki, klub bazasında yığışan futbolçular maaşlarını tələb ediblər.
Bu Mersin klubunda baş verən ilk belə hadisə deyil. Futbolçular maaşlarını ala bilmədikləri üçün daha öncə də bu yola əl atmışdılar.
Qeyd edək ki, “Mersin İdman Yurdu” qış transferi dönəmində azərbaycanlı futbolçular – Qara Qarayev və Tural Rzayevi heyətinə qatmaq istəmiş, lakin baş məşqçi Bülənt Qorxmazın istefasından sonra bundan imtina etmişdilər.