"Qalatasaray"da ciddi itki

Türkiyə yığması daha bir itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, müdafiəçi Hakan Balta İsveç millisi ilə dünənki yoldaşlıq görüşündə zədələnib.

Antalyada keçirilən və "ay-ulduzlular"ın 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmanın ilk hissəsində zədələnərək əvəzlənən "Qalatasaray"ın müdafiəçisinin sağ ayaq topuq nahiyəsindən xəsarət aldığı məlum olub. Durumunun ciddiliyi nəzərə alınaraq, Hakan İstanbula göndərilib. Təcrübəli futbolçunun zədəsinə tam diaqnoz İstanbulda MRT müayinəsindən keçdikdən sonra qoyulacaq.

Qeyd edək ki, Hakan Baltadan əvvəl Onur Kıvrak və Sərdar Aziz də zədə ucbatından Türkiyə millisinin düşərgəsindən uzaqlaşdırılmışdılar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right