"Mançester Yunayted"in futbolçusu Xuan Mata yeni mövsümdən Türkiyə superliqasında çıxış edə bilər.
Newsport.az-ın məlumatına görə, ispaniyalı futbolçu "Fənərbaxça"nın maraq dairəsinə düşüb.
İstanbul təmsilçisinin baş məşqçisi Vitor Pereyra 27 yaşlı futbolçunu komandasında görmək istəyir. Yeni mövsümdən "Mançester Yunayted"i Joze Mourinyonun çalışdıracağı gözlənilir. Mata daha öncə "Çelsi"də Mourinyo ilə problem yaşadığı üçün Mançester təmsilçisindən ayrılmaq istəyir. İspaniya millisinin üzvü "Fənərbaxça" ilə razılığa gələcəyi təqdirdə yeni mövsümdən Türkiyə superliqasında çıxış edəcək.
Qeyd edək ki, Mata 2014-cü ildə "Çelsi"dən "Mançester Yunayted"ə transfer olunub.