“Barselona” və “Bavariya” Türkiyəyə gəlir

“Beşiktaş”ın yeni stadionu artıq tam hazırdı.

Newsport.az-ın məlumatına görə, bunu “ağ-qaralar”ın prezidenti Fikrət Orman deyib. O bildirib ki, arena artıq istifadə üçün hazırdı. “Beşiktaş”ın doğma meydanında keçirəcəyi ilk qarşılaşmanın vaxtı da məlum olub. Beləliklə, Superliqanın lideri aprelin 11-də “Bursaspor”u yeni stadionu olan “Vodafon Arena”da qəbul edəcək.  

Fikrət Orman mövsümlərarası fasilədə stadionda turnir təşkil etməyi planlaşdırdıqlarını da söyləyib. O, bunun üçün “Barselona” və “Bavariya”nı dəvət etdiklərini və yayda 3B turniri keçirəcəklərini vurğulayıb. “Vodafon Arena” 42 min azarkeş tutumuna malikdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right