Yoldaşlıq görüşləri çərçivəsində martın 24-də Antalyada Türkiyənin qonağı olacaq İsveç millisi qardaş ölkəyə aparıcı üzvü Zlatan İbrahimoviçsiz gələcək.
Newsport.az-ın məlumatına görə, İbranın yoxlama görüşü üçün açıqlanan heyətə salınmamasının səbəbi bilinib.
Türkiyədə baş verən məlum terror hadisələrinə isveçli forvardın bu matça gəlməkdən imtina etməsinə səbəb olub. İsveç millisinin baş məşqçisi Erik Hamren İbrahimoviçi milliyə niyə çağırmadığını açıqlamasa da, hücumçunun bir neçə gün öncə sosial şəbəkələrdə terrorla bağlı paylaşımlarından məlum olur ki, PSJ-nin ulduzu məhz məlum hadisələrdən qorxduğu üçün bu addımı atıb.