Bu gün Türkiyə futbolunda növbəti derbi günüdür.
Newsport.az-ın xəbərinə görə, 26-cı turun son oyununda əzəli rəqiblər “Qalatasaray”la “Fənərbaxça” növbəti dəfə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 22.00-da başlanacaq oyun “sarı-qırmızılılar”ın meydanı olan “Türk Telekom Arena”da keçiriləcək. Bu arenada adları çəkilən iki komanda arasında bütün qarşılaşmalarda qol vurulub.
“Qalatasaray”ın son vaxtlar zəif çıxışına baxmayaraq, bugünkü qarşılaşmanı stadionda 40-45 min azarkeşin izləyəcəyi gözlənilir.
Qeyd edək ki, bu, “Qalatasaray”ın yeni baş məşqçisi Jan Olde Riekernikin rəhbərliyi altında ilk oyunu olacaq.
20 mart
Türkiyə Super Liqası
22:00.“Qalatasaray” - “Fənərbaxça”