İtaliya A Seriyasında mübarizə aparan "Udineze” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, ötən gün Stefano Kolantuonunu istefaya göndərən Udine təmsilçisinin baş məşqçi axtarışı çox çəkməyib.
Belə ki, rəhbərlik bu posta italiyalı Luisi di Kanionu gətirib. Daha əvvəl - 1999-2001-ci ildə komandanı çalışdırmış mütəıxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. 58 yaşlı mütəxəssisin qarşısına qoyulan məqsəd idə komandanı "B” Seriyasına yuvarlanmaq təhlükəsindən qorumaqdır.
Qeyd edək ki, Kanionun son iş yeri "Kataniya” klubu olub.