Ötən gün Türkiyənin Ankara şəhərində dəhşətli terror aktı həyata keçirilib.
Newsport.az-ın məlumatına görə, partlayış nəticəsində 40-yaxın adam həlak olub, 100 nəfərdən çoxu isə yaralanaraq canını qurtara bilib.
"Lig TV”nin məlumatına görə, dünyasını dəyişənlər arasında "Qalatasaray”ın və Türkiyə milli komandasının forvardı Umut Bulutun atası da olub.
Qeyd edək ki, hadisə baş verən zaman "Qalatasaray” səfərdə "Gənclərbirliyi” ilə qarşılaşırdı.