"Futbolçularım puldan başqa heç nə düşünmürlər!"

İtaliyanın "Palermo" klubunun prezidenti Maurisio Camparini komandasının futbolçularını tənqid edib.

Newsport.az-ın məlumatına görə, o, oyunçularının yalnız pul haqda düşündüklərini deyib.

"Komanda futbol oynamır. Futbolçuların düşündükləri bir şey var: pul. Maaşlara 35 milyon avro xərcləyirik. "Frozinone" isə bundan 7 dəfə az pul ayırır, amma bizdən 1 xal geri qalırlar. Biz həm ""Frozinone"dən, həm də "Karpi"dən oyuna yanaşma tərzini öyrənməliyik", - deyə başqan bildirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right