Fənərbağça" Zlatan İbrahimoviçi yayda təklif göndərib.
Newsport.az-ın "La Parisien"ə istinadən yaydığı məlumata görə, Türkiyə təmsilçisi PSJ-nin ulduzu üçün Paris klubuna təkliuf göndərsə də, "yox" cavabı eşidib. Bu barədə forvardın meneceri Mino Rayola məlumat verib.
"Mövsümün əvvəlində İbrahimoviç Qətər, Çin, ABŞ və Türkiyədən təkliflər aldı. Onu istəyənlər arasında "Fənərbağça" da var idi. Lakin İbrahimoviç PSJ-də qalmağa qərar verdi. Mövsümün sonu üçün onun hər hansı qərarı yoxdur".
Qeyd edək ki, mövsümün sonunda PSJ-dən ayrılacaq İbrahimoviçin karyerasını Çində davam etdirəcəyi iddia olunur.