“Beşiktaş”ın futbolçusu üçün mövsüm erkən başa çatdı FOTO

Türkiyə Super Liqasının XX turunda "Beşiktaş” doğma meydanında "Qaziantepspor”un qapısından 4 cavabsız qol keçirib. 
Newsport.az-ın məlumatına görə,sözügedən  qarşılaşma "qara qartallar”ın 1 futbolçusunun sıradan çıxması ilə nəticələnib.  Oyunun 18-ci dəqiqəsində Luis Rodolfo zədələnərək oyunu tərk etməli olub. O, yerini Aleks Delqadoya buraxıb. 

 
Türkiyə mətbuatında  yer alan məlumata görə, futbolçu dərhal xəstəxanaya aparılıb.  Tibbi müayinədən sonra futbolçunun ön çarpaz bağlarında qopma aşkarlanıb.  Klubdan verilən açıqlamada futbolçunun mövsümü başa vurduğu bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right