Tanınmış qapıçı karyerasını başa vurdu

"Vest Hem"lə müqaviləsi başa çatan Lukaş Fabianski karyerasını başa vurmaq qərarına gəlib.

Newsport.az xəbər verir ki, Polşalı qapıçı 41 yaşında peşəkar futbolla vidalaşıb. O, bu barədə "Instagram" səhifəsində məlumat verib.

Fabianski ötən mövsüm London klubunun heyətinidə cəmi bir matç keçirib və həmin oyununda bir qol buraxıb.

Təcrübəli qolkiper "Suonsi", "Arsenal", Varşava "Legiya"sı və "Lex" klublarında çıxış edib. Onun hesabında 516 matç var ki, bunların 144-də qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 680 qol buraxıb.

​Lukaş klub səviyyəsində "Vest Hem" ilə Konfrans Liqasının qalibi, "Arsenal" ilə İngiltərə Kubokunun sahibi və "Legiya" ilə Polşa çempionu olub. ​Bundan əlavə, Fabianski Polşa millisinin heyətində 57 matç keçirib, bunlardan 24-də qapısını toxunulmaz saxlayıb və 45 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right