"River Pleyt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, "milyonerlər" "Tiqres"dən Anxel Korreanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"River Pleyt" Argentina millisinin sabiq üzvü üçün Meksika klubuna 13 milyon avro təzminat ödəyib. 31 yaşlı hücumçu ilə 2029-cü ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Tiqres" Anxel Korreanı 2025-ci ilin yayında "Atletiko"dan 8 milyon avroya transfer etmişdi. Təcrübəli forvard komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 23 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.