Türkiyənin "Antalyaspor” klubunun baş məşqçisi Xose Moraisin səhhətində problem yaşanıb.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin səhhəti komandanın ötən gün baş tutan axşam məşqi zamanı pisləşib.
Kəskin baş ağrısı və baş gicəllənməsindən şikayətçiolan mütəxəssisin xəstəxanaya yerləşdirilib.
Bu barədə açıqlama verən klubun idman direktoru Moraisin son durumu barədə danışıb: "Baş məşqçimiz axşam məşqi zamanı kəskin baş ağrısından və baş gicəllənməsindən şikayətçi oldu. Təcili tibbi yardım maşınıl vasitəsi ilə baş məşqçimizi Akdəniz xəstəxanasına apardıq. Beyninə qan sızması təhlükəsi var. Həkimlərdən cavab gözləyirik.”
Həkimlər artıq mütəxəssisin son durumu barədə də məlumat veriblər. Professor Mehmet Ekyüz baş məşqçisinin durumu barədə danışarkən bunları deyib: "Marais bir müddət xəstəxanada qonağımız olacaq. Həyatı üçün heç bir təhlükə yoxdur.”
Qeyd edək ki, Mourinyonun sabiq köməkçisi yanvar ayında "Antalyaspor”la ilyarımlıq müqavilə imzalayıb.