İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem dünya çempionatında üçüncü yer uğrunda oyunda Fransa yığması üzərində qazanılan qələbədən (6:4) sonra azarkeşlərə müraciət edib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin, komandasının turnirdəki çıxışını da dəyərləndirib:
“Bu komanda turniri yüksək notlarla başa vurmağa layiq idi. Üçüncü yer ümid etdiyimiz nəticə olmasa da, yenə də 1966-cı ildən bəri ən yaxşı göstəricimizdir. İngiltərə azarkeşlərinə təşəkkür edirəm. Bu yay bir çox səbəbdən unudulmaz oldu. Bu dəstək bizim üçün çox dəyərli idi”.