Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo dünya çempionatlarında yeni bir antirekorda imza atıb.
Newsport.az xəbər verir ki, "OptaJoe" idman nəşri məlumat yayıb.
Bildirilir ki, 41 yaşlı futbolçu dünya çempionatlarının pley-off mərhələsinin oyunlarında qol vurmadan ən çox matça çıxan hücumçu olub. O, indiyə qədər bu mərhələdə 10 oyunda meydanı qolsuz tərk edib.
Ronaldo mundialın pley-off mərhələlərindəki yeganə qolunu cari dünya çempionatının 1/16 finalında Xorvatiyanın qapısına vurub. Portuqaliyanın 2:1 hesabı ilə qalib gəldiyi həmin qarşılaşmada təcrübəli oyunçu penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Portuqaliya millisi 1/8 finalda İspaniyaya minimal hesabla uduzaraq (0:1) dünya çempionatında mübarizəni dayandırıb.