"Araz-Naxçıvan"dan ayrılan Ba-Muaka Simakalanın yeni klubu məlum olub.
Newsport.az xəbər verir ki, almaniyalı hücumçu karyerasını Belçikada davam etdirəcək
Simakalaa "Eypen"lə anlaşıb. Bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı forvarda imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Ba-Muaka Simakala 2025/26 mövsümündə "Araz-Naxçıvan"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.