"Marsel"in hücumçusu Pyerr-Emerik Obameyanq karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Newsport.az xəbər verir ki, "Deportivo" qabonlu futbolçunun keçidini həll edib. Bu barədə "Footmercato" nəşri məlumat yayıb.
La Liqaya yüksələn klub Obameyanq üçün 1,5 milyon avro təzminat ödəyəcək. 37 yaşlı forvard "Deportivo" ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq 2025/26 mövsümündə "Marsel"in heyətində meydana çıxdığı 41 rəsmi matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.