Fransa millisi İspaniyaya qarşı keçirilən 2026-cı il dünya çempionatının yarımfinal oyununda qarşıya qoyulan planın öhdəsindən gələ bilməyib.
Newsport.az xəbər verir ki, bu sözləri Fransa yığmasının kapitanı və hücumçusu Kilian Mbappe məğlubiyyəti şərh edərkən deyib.
O, fransızların texniki və taktiki cəhətdən istədikləri oyunu nümayiş etdirə bilmədiklərini vurğulayıb: "Biz nə texniki, nə də taktiki cəhətdən istədiyimiz oyunu nümayiş etdirə bildik. 2026-cı il dünya çempionatının yarımfinalında etməli olduğun şeyləri etməyəndə qələbə qazana bilmirsən. İspaniya öz oyun planına və adətən etdiyi şeylərə sadiq qaldı. Onlar topa və tempə nəzarət etməyi xoşlayırlar. Bizim planımız isə onlara yüksək təzyiq göstərmək idi ki, öz ritmlərini qura bilməsinlər".
Hücumçu məğlubiyyəti böyük məyusluq adlandırıb: "Hətta topu rəqibdən alanda belə, ilk toxunuşlarımız yetərincə yaxşı deyildi. Bu da məğlubiyyəti şərtləndirir. Bu, böyük bir məyusluqdur. Amma obyektiv olsaq, finala yüksəlmək üçün bizdə bütün lazımi şərtlər yox idi".
Xatırladaq ki, İspaniya yığması yarımfinal matçında Fransanı 2:0 hesabı ilə məğlub edib. Qolları 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal və 58-ci dəqiqədə Pedro Porro vurublar.