"Strasburq"un yeni baş məşqçisi açıqlandı

"Strasburq"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Fransa təmsilçisini Uqo Oliveyra çalışdıracaq. 41 yaşlı portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Uqo Oliveyranın son iş yeri Portuqaliyanın "Famalikan" klubu olub. Komanda onun rəhbərliyi altında ölkə çempionatını 5-ci pillədə başa vuraraq tarixinin ən yaxşı nəticəsinə imza atıb





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right