"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi

"Benfika"nın sabiq futbolçusu Emanuel (Manu) yol-nəqliyyat hadisəsində dünyasını dəyişib.

Newsport.az xəbər verir ki, faciə Portuqaliyanın paytaxtı Lissabon yaxınlığındakı Vermoinş qəsəbəsində baş verib.

43 yaşlı keçmiş futbolçunun vəfatı ilə bağlı məlumatı "Benfika"nın mətbuat xidməti təsdiqləyib. Klub onun ailəsinə və yaxınlarına başsağlığı verib.

Portuqaliyalı vinger "Benfika"nın heyətində 16 rəsmi matç keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində "Maritimu", "Alverka", "Eştrela", AEK (Afina), "Legiya" (Varşava) və Çin çempionatının müxtəlif klublarında da çıxış edib.

Manu peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right