Azərbaycanın U-21 yığmasının hücumçusu Yusuf Mehtiyev komandasını dəyişib.
Newsport.az saytına verilən məlumata görə, gənc forvard icarədə oynadığı “Meşxate”dən ayrılıb.
O, Gürcüstanda qalacaq. Belə ki, Mehtiyev aşağı liqada mübarizə aparan “Kolxeti Poti” ilə anlaşıb.
Azərbaycan yığmasının sabiq futbolçusu “Dinamo”nun(Tbilisi) yetirməsidir.
