Braziliya millisinin və “Real”ın hücumçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır. London təmsilçisi Vinisiusun transferə açıq olacağı təqdirdə, “Real”la danışıqlara başlamağa hazırdır.
Vinisius 2018-ci ilin yayından Madrid təmsilçisinin formasını geyinir. Onun “Real”la qüvvədə olan müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.
“Transfermarkt” portalı Vinisiusun dəyərini 140 milyon avro olaraq qiymətləndirir.