"Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey karyerasını La Liqada davam etdirə bilər.
Newsport.az “AS” nəşrinə istinadən xəbər verir ki, “Real” 29 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. “Kral klubu”nun yeni baş məşqçisi Joze Mourinyonun şotlandiyalını şəxsən sərəncamında görmək istəyir.
Maktominey portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “Mançester Yunayted”də oynayıb. 29 yaşlı futbolçunun “Napoli” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.