Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi

Xorvatiya millisinin yeni baş məşqçisinin kimliyi bəlli olub.

Newsport.az xəbər verir ki, insayder Nikola Şiranın yaydığı məlumata görə, yığmanı Slaven Biliç çalışdıracaq.

57 yaşlı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanacaq.

Biliç 2006-2012-ci illərdə də Xorvatiya millisinə rəhbərlik edib. O, daha sonra "Beşiktaş", "Vest Hem", "Əl-İttihad", "Vest Bromviç", "Uotford", "Beytszin Qoan" və "Əl-Fateh" klublarında çalışıb. O, "Əl-Fateh"dən 2024-cü ilin yayında ayrılıb.

Qeyd edək ki, Xorvatiya millisi DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Bundan sonra Zlatko Daliç istefa verib və federasiya onun istefasını qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right