"Atletiko"nun sabiq futbolçusu Qabi Madrid klubuna qayıdıb.
Newsport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
43 yaşlı keçmiş yarımmüdafiəçi Dieqo Simeonenin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
Qabi 2002-2007 və 2011-2018-ci illərdə Madrid təmsilçisində oynayıb. “Xetafe” “Zaraqosa” kimi komandaların da formasını geyinən futbolçu 2018-2020-ci illərdə “Əl-Sədd”də (Qətər) çıxış edib. O, 2020-ci ildə futbolçu karyerasını başa vurub.