"Mançester Siti" müdafiəçisini Almaniya klubuna satdı

"Köln" "Mançester Siti"dən icarəyə götürdüyü Camay Simpson-Pyuzinin transfer hüquqlaarına yiyələnib.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya klubu ingiltərəli müdafiəçi üçün 6 milyon avroluq satınalma bəndini işə salıb. 20 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Köln" Camay Simpson-Pyuzini bu ilin yanvarında icarəyə götürmüşdü. İngiltərə U-20 millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right